Nazilə Səfərli ilə Fatimə Fətəliyeva arasındakı məhkəmə prosesi başa çatıb.
Şou-biznes
27-07-2023, 12:52
Şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında uzun müddətdir davam edən məhkəmə prosesi başa çatıb. Qərardan narazı olan Fatimə apellyasiya məhkəməsinə müraciət edib və yenə də uduzub.
Tərəflər bir neçə gündür sosial şəbəkədə bir-birinə söz atır.
Video paylaşan Nazilə "Apellyasiya məhkəməsini udan Nazilə rəqqasələrə pul səpir, 3 manat 50 qəpikdən. Axşama rəqqasələr var. Bu gecə rəqqasəm bir az kök gılib. Kirayə rəqs paltarı tapmayıb" sözlərini söyləyib.
Fatimə də instaqram hesabında paylaşım edərək, qarşı tərəfə söz atıb. O, "Bir məsəl var, əsil gülən sonda gülər. Hər kəs özünə yaraşanı edər, öz səviyyəsinə uyğun danışar" deyə, paylaşımında bildirib.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözləri səbəb olub.
Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. O, canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər deyib.