Müğənni Zamiq Hüseynov bir müddətdir Türkiyədə hazırladığı "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib.
Axın.az xəbər verir ki, sənətçi albomdan sözləri Leyli Erola, musiqisi isə Hakan Erola aid olan "Hep biri var" mahnısına ekran həyatı da verib.
Müğənninin bütün mahnıları türk dilində oxuduğu albom və klip "Netd Müzik" Yutub kanalında yer alıb. Yeni layihəsindən söz açan Hüseynov 5 günlük dünyada hər kəsə sağlamlıq və xoşbəxtlik diləyib.