Aktrisa Aslı Enver yenidən çəkiliş meydanına qayıdır.
AXİN.AZ Türkiyə KİV-nə istinadən bildirir ki, o, "Sen yaşamaya bak" adlı filmdə baş rolu canlandıracaq. Bunun üçün aktrisa istehsalçı şirkətlə razılığa gələrək müqavilə imzalayıb. Ekran işinin rejissorluğunu "Ketche" ləqəbli Hakan Kırvavaç edəcək. Film ssenarisi isə Hakan Bonomoya məxsusdur.
Ekran əsəri "Netflix" vasitəsilə yayımlanacaq.
Qeyd edək ki, Aslı sonuncu dəfə "Babil" serialı ilə tamaşaçı qarşısına çıxıb.