"Xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə..."
Axin.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkədə yazıb. O, aşağıdakıları qeyd edib:
"Sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu, belədir. Özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O xəyanət etməyəcək?
Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, “xəyanət eləsən boşanaram” söhbətləri boşdur. Hansınızı dindirsək, "xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o "xalxın kişisi", yoxdur, aldadıblar sizi".
Qeyd edək ki, Əməkdar artist Gövhər Rzayeva “Günün sədası” verilişində kişi xəyanətini dəstəklədiyini bildirmişdi. O qeyd etmişdi ki, ailəsinə yaxşı baxan kişi xəyanət edə bilər.
Əməkdar artistin sözləri birmənalı qarşılanmayıb, sosial şəbəkədə tənqid olunmuşdu.