Rəqqasə-aktrisa Oksana Rəsulova "Hər şey daxil"də xəyanət mövzusunda etdiyi açıqlama ilə təəccübləndirib.
Axın.az Milli.Az-a istinadən xəbər verir ki, Oksana bəzi ailəli qadınların başqa kişilərlə görüşməyinin səbəbindən danışıb.
Rəqqasə həmin qadınların ərlərinin bu xəyanətə özlərinin razılıq verdiyini bildirib:
"Əri ola-ola başqa şəxslərlə görüşən qadınlar bir tərəfə, bəzilərinin həyat yoldaşları belə istəyirlər ki, görüşsünlər. Təki əl çəksin ondan, pul var orada".