Fitnes məşqçisi Kamil Zeynallı sosial hesabında paylaşım edib.
Axin.az Sonxeber.az-a istinadən xəbər verir ki, o, həbsindən danışaraq, buna sevinənlərə ismarıc göndərib:
"Döyüş zamanı mənim tutulmagıma görə ermənilər də sevinirdi, bunlar da... Niyə?! Əsgər qardaşlarımıza isti geyim, ərzaq, siqaret aparmağıma görə niyə bunlar üzüldülər? Nə məsələdir? Əsgərlərə yardım apardığıma görə ermənilər mənə çox pis nifrət edirdilər. Nifrət nifrətə qarışmışdı. Bunlar da onlara qoşulub sevinirdilər. Dostlar, sizi öz vicdanınıza, şərəfinizə buraxıram... Bunlara nə ad vermək olar?"
Qeyd edək ki, bir müddət öncə idmançı Kamil Zeynallı polis əməkdaşları tərəfindən saxlanılmışdı.
O, işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin orada xidmət aparan polis əməkdaşlarının buna icazə vermədikləri qeyd olunur.