Rəqqasə Oksana Rəsulovanın səhhətində problem yaranıb.
Axin.az xəbər verir ki, sənətçi dizində və belində ciddi problemlər yarandığını deyib. "5/5" verilişinə qonaq olan Oksana əməliyyat tələb edildiyini söyləyib:
"Dizimdə ağrılar var. Hamiləlikdən sonra belimdə də yırtıq əmələ gəldi. Həkim əməliyyat deyib, amma istəmirəm. Müalicə alıram".
Oksana bundan sonra efirdə rəqs etməyəcəyini də açıqlayıb:
"Rəqsi atmaram, çünki ona olan marağım məni Bollivuda gətirib çıxartdı. Hazırda aktrisalığa üstünlük verirəm. Amma tamaşaçılar məni efirdə rəqs edən görməyəcək. Hind rəqsləri ilə bağlı məktəb açmağı planlaşdırıram".