Aparıcı Azər İsmayılov ikinci dəfə ata olub.
Axin.az xəbər verir ki, qızı doğulan Azər ona Səma adını qoyub.
Qeyd edək ki, bu, Azərin üçüncü evliliyidir. O, aparıcı Vüsalə Əlizadə ilə ailəli olub və 2013-cü ildə ayrılıb. Onun bu nikahdan Dilək adlı qız övladı var. Aparıcı daha sonra öz qohumu ilə evlənib və 2018-ci ildə boşanıb. Ötən il Azər üçüncü dəfə ailə qurub.