Xəbər verdiyimiz kimi az öncə sənət adamlarından bir neçəsi müğənni Nüşabə Ələsgərlinin Nurlan Əzizbəyli ilə bağlı dediyi fikirlərə qarşı çıxıb. BiG.AZ saytı olaraq məsələ ilə bağlı Nüşabə Ələsgərlinin də fikirlərini öyrənməyə çalışdıq:
"Nurlan o çıxışında məni nəzərdə tutmayıb. Mən Nurlana məsləhət vermişəm ki, danışanda bir az ehtiyyatlı ol. Fikrimi "Bizimləsən" proqramında normal izah etmişəm. Müğənnilərdən kimsə anlamırsa, gedib başını müalicə etdirsin, yaxud da savadını artırsın. Hansı sayt necə istəyirsə, dediklərimi yazsın. İnanın ki, vecimə deyil. Nurlanı məndən çox istəyən yoxdur. Orada mən demişəm ki, əgər yardım məqsədi ilə çıxmısansa, başqa heç nə danışma. Söyləməmişəm ki, Nurlana yardım olunmasın".