“Artıq 41 yaşım var, tək şou-biznesdə yox, bu həyatda çox şeylər görmüşəm. Yalnış dostlar olur. Amma yaxşıları da var. Bu həyat mənə gözəl dostlar da qazandırıb”.
Axin.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “MTV”yə müsahibəsində şou-biznesdəki dostluqlarından danışarkən deyib. Sənətçi həmkarlarını səmimiyyətsiz adlandırıb:
“Yaxşı və pis günümdə yanımda olublar. Uğuruma sevinən, qəmli günümə qəmlənən dostlarım var. Amma soruşsanız ki, səmimiyyət var? Məncə, yoxdur. Burada müxtəlif adamlar var. Düşünürəm ki, sadəcə salam-sağol, zarafat bu yetərlidir. Bir az dərinə getsələr artıq məyusluq əmələ gələ bilər. Dərəcəsində dostluq etməyə dəyər.
Hərənin öz ruzisi, tamaşaçısı var. Düşünmürəm rəqabət buna mane ola bilər. Sadəcə olaraq xarakter. O adamla yola çıxarsan, yarımçıq qoya bilər səni. Ona görə də yola çıxma da qardaş. Ona görə də gördün görüşdün, spirtləndin, vəssəlam, qurtardı getdi”.