Aparıcı və müğənni Murad Arif həyat yoldaşına sosial şəbəkədə təbrik ünvanlayıb.
Axin.az xəbər verir ki, sənətçi evlilik fotolarını paylaşaraq ona bu sözləri yazıb:
“10 il öncə telefonumun üz qabığında idin. İndi isə həyatımın hər yerindəsən. Mümkün olsa, daha 50 il bərabər yaşayaq, sonra vəziyyətə baxarıq. Ad günün mübarək!”.
Qeyd edək ki, cütlüyün bir qız, bir oğlan olmaqla iki övladı var.