Müğənni Kərim Abasov açıqlaması ilə diqqət çəkib.
Axin.az xəbər verir ki, o, “ATV maqazin onlarla” verilişində həmkarlarının övladları üçün qurban kəsəcəyini bildirib:
“Ürəyimdə əhd etdim. Natavanın balası olmamışdan öncə və Zamiqin hələ övladı olmamışdı. Dedim ki, onların övladı sağ-salamat dünyaya gəlsin. Bu yaxınlarda Zamiqi gördüm, dedim ki, onların qurbanını yaxında kəsəcəm. İstəyirəm ki, oğlum Yusifi də onlardan ayırmayım”.
Qeyd edək ki, Zamiq Hüseynovun oğlu Zeyn ötən ilin noyabrında, Natavan Həbibinin oğlu Zeyd-Əli isə ötən ilin mayında doğulub.