Müğənni Niyam Salami "Hər şey daxil" verilişində qonaq olub.
Axin.az xəbər verir ki, sənətçi şairə Nazilə Səfərlinin "Ona qalsa" verilişində yaşanan hadisəyə aydınlıq gətirib. Bir nəfə proqrama müraciət edərək, Niyamın ona köhnə pulla 200 şirvan borcu olduğunu bildirib. Bu isə ifaçını özündən çıxarıb.
Verilişin aparıcısı Tarix Əliyev Niyama "Kimin kimə borcu var sizə nə? Naftalin iyi gəlir. Bunlar getdi, 10 il əvvəl maqazin verilişlərində belə mövzular edilirdi. Naftalin iyli işlər görməyin, özünüz də elə olarsınız. Gülünc işlərdir. Efirə zəng vurub deyirlər ki, filankəsin borcu var. Adamı efirə çıxarıb, söz atırlar" sözlərini deyərək, Naziləyə söz atıb.
Niyam isə Nazilənin proqramda belə mövzuları qabartmasını qınayıb:
"Mən ancaq xalqımın, dövlətimin qarşısında hesabat verirəm. Guya bir kişi mənə 2 paçka şirvan verib, indi yadına düşüb. Heç bəlkə ömründə 200 mini bir arada görməyib. Gəlib görün kimə şikayət edir? nazilə Səfərliyə... Nazilə elə bil məhkəmədir, qanun çıxaracaq.
İcazə vermirəm hansısa veriliş, kanal haqqımda belə şey etsin. Mənim xəbərim olmadan, reytinqə görə adımdan istifadə edir. "R" hərfi evinizi yıxacaq. Mənim xəbərim olmadan, biri çıxır sevgilim olur, biri arvadım. Arvadım da, uşağım da, ailəm də var, rədd olun başımdan".