Rusiyadan alınan Su-30CM təyyarələri ilə Azərbaycan üzərində qələbə qazanmaq mümkün deyil.
Axin.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Biz perspektiv müharibədə hücum edə və məhv edə bilərikmi? Azərbaycan ordusunun gücü bizim imkanlarımızı minimum 2-3 dəfə üstələyir. Biz 450 tank, 2000 PDM və ZTR, 700 artilleriya sistemi, eləcə də 120 təyyarə və 150 helikopteri olan böyük güclə hesablaşmalıyıq”, – deyə o bildirib.
O, gələcək müharibədə Azərbaycan ordusu üçün yeganə çətinliyin dağ relyefi olacağını bildirib.
Baqratyan Azərbaycanın güclü hava hücumundan müdafiə sistemləri olduğunu və onların Su-30CM-ləri sərçə kimi vura biləcəyini söyləyib.