Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində azı 60 nəfər həlak olub.
“Axin.az”in məlumatına görə, bu barədə “Al-Arabiya” bildirib.
Qeyd edilir ki, hadisə nəticəsində 50-dən çox insan xəsarət alıb.
Daha əvvəl hərbi düşərgənin atəşə tutulması nəticəsində 24 hərbçinin həlak olduğu bildirilirdi. Hərbi mənbə fərz edib ki, raket ballistik olub.
***00:27
Yəmən ordusu atəşə tutulub.
Bu barədə “Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir.
Yəmən ordusundakı mənbə agentliyə bildirib ki, ölkənin şimal-şərqindəki Mareb əyalətindəki ordu yataqxanası raket atəşinə məruz qalıb. Nəticədə 24 hərbçi həlak olub, daha 20 hərbi qulluqçu yaralanıb.
"Mareb əyalətinin şimal-qərbində Al-Mlil rayonunda kazarmaya raket hücumu nəticəsində 24 hərbçi həlak olub, 20 nəfər yaralanıb. Raketin ballistik olduğu ehtimal edilir", - agentlik bildirib.
"Ənsar Allah" hərəkatı (husilər-red) raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.