Rusiya prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinə baş nazir postunu təklif edib. TASS Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Putin Mişustinlə görüşüb və ona hökumət başçısı vəzifəsini tutmaq təklifi verib. Mişustin razılaşıb və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.
***
Rusiya hökuməti tam tərkibdə istefaya gedib.
Axin.az yerli KİV-ə istinadən bildirir ki, bunu Baş nazir Dmitri Medvedev deyib.
“Prezident Vladimir Putinin bu gün Federal Məclisə müraciətindən sonra hökumət tam tərkibdə istefaya gedir”, - Medvedev əlavə edib.
Prezident Vladimir Putin isə hər şeyin yolunda getməsinə baxmayaraq, birlikdə çalışdıqlarına görə hökumət üzvlərinə təşəkkür edib. Rusiya lideri yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini söyləyib. Hələlik isə onların hər birindən vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirmələrini xahiş edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətlə çıxış edib.