Suriyanın Rakka əyalətində 27 dinc sakin öldürülüb.
“Axin.az”ın məlumatına görə, bu barədə Deyr-ez-Zor əyalətindəki yerli mənbələr "Anadolu" agentliyinə bildirib.
Kütləvi qətllər Rakkanın cənubundakı Madan və Sapha rayonlarında törədilib.
Mənbələrin məlumatına görə, 27 çoban bıçaqlardan və güllə yaralarından həlak olub, 10-dan çox insan naməlum şəraitdə itkin düşüb.
Yerli hüquq müdafiəçiləri öldürülmüş dinc sakinlərin adlarının siyahısını yayıblar.