axin.az

SON DƏQİQƏ

Milli Məclisdə Azərbaycan-Türkiyə ordularının təliminə dair sənədi müzakirə ediləcək

13-09-2021, 17:19



Milli Məclisdə Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan sənəd müzakirəyə çıxarılacaq.

Axın.az-ın məlumatına əsasən, sənəd “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu adlanır.

Məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirə olunacaq.

Parlamentin payız sessiyasının iclaslarının birində isə sənədin təsdiqlənəcəyi gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA