Ceyhun Bayramov Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğluna Türkiyədə baş verən qəza ilə bağlı başsağlığı verib.
O bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Paylaşımı təqdim edirik:
Qardaş #Türkiyə/nin #Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.