Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.
Axin.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anım mərasimində iştirak edib.