Polşada son sutka ərzində 382 yeni növ koronavirusa yolxma halı aşkar edilib. Bununla da ölkədə ümumi yoluxma sayı 34 775-ə çatıb.
“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutkada həmçinin 14 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1 477 nəfər olub.
Qeyd edək ki, Polşada ilk koronavirusa yolxuma hadisəsi martın 4-də Almaniyadan gələn kişidə aşkarlanıb. O, müalicənin üçüncü həftəsində tam sağalaraq xəstəxanadan evə buraxılıb.
Son məlumatlara görə, koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 78 nəfər süni tənəffüs aparatına qoşulub, 83 933 nəfər karantindədir, 21 791 nəfər sağalıb.