Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.
“axin.az"-in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 340 nəfərə çatıb. Onların 76-sı sağalıb, 3-ü isə dünyasını dəyişib.
Karantində 5 000, stasionar nəzarətdə isə 494 nəfər saxlanılır.