Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa 50 yoluxma faktı təsdiqlənib.
“axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, həmin şəxslərin 8-i sağalıb, 1-i isə ölüb.
Qubernator qeyd edib ki, Bolnisidə COVID-19 infeksiyasına daha 8 nəfər yoluxub.
O, həmin şəxslərin infeksiyaya yoluxan təcili tibbi yardım xidməti işçilərinin ailə üzvləri olduğunu deyib.