Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə davam edir.
“Axin.az”in xəbərinə görə, eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.
“Axin.az”in sürüşmə zonasından hazırladığı fotoreportajı təqdim edirik.