“Axin.az” xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Fransa senatorları da özlərinin nimdaş üzlərini göstəriblər:
“Fransa ATƏT-in Minsk qrupunda həmsədr ölkə olmağa mənəvi və siyasi haqqını itirib. Özünə hörməti varsa, qətiyyətlə çəkilsin. Azərbaycan öz tarixi ərazilərini bərpa edəcək. Bəlkə də bizim ATƏT-in Minsk qrupuna ehtiyacımız olmayacaq”.