Məşhur teleaparıcı və aktyor Sərxan Kərəmoğlu canlı efirdə müğənni Şəbnəm Tovuzlu haqqında maraqlı açıqlamalar verib.
Axin.az xəbər verir ki, “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında qonaq olan Sərxan bunları söyləyib:
“İndi şou-biznesin ən məşhur müğənnisi Şəbnəm Tovuzludur. O, Azərbaycanın Sibel Canıdır”.
Kərəmoğlunun bu çıxışı studiyada əyləşən digər qonaqların gülüşünə səbəb olub. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı aktyorun bu sözlərinə “Hara getdin çıxdın? Yaxşı görək... Amerikaya, Fransaya gedib çıxacaqsan” cavabını verib.