“Nadirən qara geyinirəm, həmişə işıqlı rənglər seçirdim. O vaxtı güpürlü papaqlar taxırdım. Bunu ilk mən etmişəm. Gözlərim əməliyyat olunmuşdu, ona görə taxırdım. Sonra gördüm ki, hamı bu imici götürüb”.
Axin.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” proqramında Əməkdar artist Mətanət İsgəndərli deyib.
Sənətçi onu təkrarlayanların olduğunu desə də, ad çəkməkdən boyun qaçırıb:
“Çox zaman böyük sənətçilər ad çəkirlər. Allah haqqı gərək onların adını çəkməyəsən. Onlar onu gözləyirlər ki, adlarını çəkəsən. Sözü at, özləri bilir kimdir. Adlarını çəkməyim onlar üçün şərəf olar”.