Xalq artisti Nurəddin Mehdixanlının ailəsində xoş gün yaşanır.
Axin.az xəbər verir ki, aktyorun qızı Ayturan xanım Ümid adlı bəylə ailə həyatı qurur.
Toy Bakıdakı şadlıq evlərindən birində keçiriləcək.
Axin.az-a açıqlama verən Nurəddin Mehdixanlı bildirib ki, böyük sevinc içərisindədir:
“Başım o qədər qarışıqdır. Sizə də belə gözəl günlər qismət olsun, sevincli və təlaşlıyam”.