Görünür ölkə boyu koronavirus statistikasına baxan hindistanlılar COVID-19-dan büt yaratmaqdan daha effektiv bir şey tapa bilməyiblər. Belə ki, bir sıra Hindistan kəndlərində ona ibadət etməyə başlayıblar.
Büt üçün hətta məbəd də düzəldilib: insanlar ona ibadət edib, qurbanlar gətirirlər.
Sakinlər inanırlar ki, ancaq alovun, gəlinciyin, güllərin və papye-maşe başları sayəsində lənətə gəlmiş xəstəlik yox olacaq.