Koçaryanın ofisi: Paşinyan əvvəlki kimi yalan danışır

Manşet / Siyasət
30 Kas 2020
10:30
Koçaryanın ofisi: Paşinyan əvvəlki kimi yalan danışır

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan ölkənin baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində bugünkü iki yazısı ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə “Oxu.az” Ermənistan mediasına istinadən xəbər verir.

Koçaryanın ofisinin rəhbəri bildirib ki, Baş nazir əvvəlki kimi xalqı aldadır.

"Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm", - o sosial şəbəkədə yazıb.