"Əmlak Kralları” Nisanov və İliyev Moskvadakı Mərkəzi bazarı alıblar.
Axin.az Konkret.az-a isitinadən xəbər verir ki, Moskvadakı Rojdestvenski Bulvarındakı Mərkəzi bazarın sahibi dəyişib. Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışına əsasən, bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.
Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.
Qeyd edək ki, bakılı Qod Nisanov və Zarax İliyevə məxsus olan "Kiyevskaya Ploşad” Qrupu Rusiyadakı ən böyük daşınmaz əmlakı sahibi kimi tanını.