"Bakı Fond Birjası" QSC (BFB) 2019-cu ildə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Axin" Birjaya istinadən xəbər verir ki, renkinqə 8 072 031 322 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 4 444 504 738 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 687 685 628 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 323 494 786 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 633 891 782 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 513 491 365 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 260 691 483 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.