Bu gün müştərilər alış-verişə daha çox ƏDV-nin geri qaytarılmasına və keşbek faizlərinə görə üstünlük verirlər. Bəzi bankların keşbek faizləri azaldığqdan sonra, vətəndaşlar arasında ƏDV geri qaytarılmasının ləğv olunması ilə bağlı şayiələr yayılıb. Bəs Azərbycanda ƏDV geri qaytarılması ilə bağlı layihənin ləğvi gündəmə gələ bilər?
Mövzu ilə bağlı iqtsadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib:
"Azərbaycanda ƏDV-nin ləğv edilməsi ilə bağlı hər hansı bir gözləntim yoxdur. Çünki "ƏDV geri al" layihəsinin qarşısında qoyulan məqsədlər istiqamətində uğurları var. Amma tam olaraq bu məqsədlərə çatmayıb. Bu baxımdan həmin layihə tam uğurunu başa çatdırmayıb. Burada hansısa məhsul növləri üzrə ƏDV-nin geri qaytarılması ləğv etmələr ola bilər. 2023-cü ilin yanvarın 1-dən belə halları müşahidə etdik. Belə ki, layihəyə tibbi xidmətlər əlavə edildi. Amma spirtli içkilər və tütün məhsulları üzrə geri qaytarmalar ləğv edildi. Bu baxımdan hökumətin hesab etdiyi neqativ istehlaklar, cəmiyyətə zərər vura biləcək məhsulları ləğv edə bilər. Amma layihənin indiki dövrdə ləğv ediləcəyini düşünmürəm. Amma gələcəkdə nə olacağını bilə bilmərik. 2024-2025-ci illərdə güman edirəm ki, heç bir dəyişiklik olmayacaq".
Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödənilir. Bu məqsədlə tibb müəssisələrində onlayn nəzarət-kassa aparatları tətbiq edilib. Eyni zamanda növbəti ildən alkoqollu içkilərə və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılıb.