Türkiyə Superliqasında 19-cu turun oyunları davam edir.
Axin.az xəbər verir ki, ikinci matç günündə üç görüş keçirilib.“Kayserispor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib - 1:1. “Kasımpaşa” doğma meydanda “Alanyaspor”a uduzub - 1:2.
“Fənərbaxça” isə “Başakşəhər”i qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
25 yanvar
"Kayserispor" – "Ankaragücü" - 1:1
Qollar: Mensah, 23 – A.Kubalaş, 68
"Kasımpaşa" – "Alanyaspor" - 1:2
Qollar: Kuarejma, 67-pen – Sisse, 34, S.Uçan, 73
"Fənərbaxça" – "Başakşəhər" - 2:0
Qollar: Kruse, 72, Muriqi, 86