"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Axin.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu "Tottenhem"dən Viktor Vanyamanı heyətinə qatmaq istəyirö
Cari mövsümdə cəmi 4 rəsmi oyuna çıxaraq 122 dəqiqqə oynayan 24 yaşlı keniyalı futbolçunun özü də başqa komandaya keçmək istəyir və təklifləri dəyərləndirir.
Bu transferdə "Qalatasaray"ın ən böyük üstünlüyü "Tottenhem"in baş məşqçisi Joze Mourinyodu. Belə ki, İstanbul klubunun çalışdırıcısı Fatih Terimlə Mourinyonun münasibətləri yaxşıdı. Hətta Terim Mourinyoya zəng edərək yarımmüdafiəçini icarəyə götürmək istədiklərini bildirib. Portuqaliya məşqçi bu təklifə müsbət yanaşdığını və Vanyaman razılıq verəcəyi halda, problem yaratmayacaqlarını deyib.
Qeyd edək ki, "Tottenhem" Vanyamanı 2016-cı ilin yayında "Sautqempton"dan 14,4 milyon avroya alıb.