Belarus BATE-sinin yeni baş məşqçisi müəyyənləşib.
Axin.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kirill Alşevski təyin edilib. O, istefaya göndərilən Aleksey Baqanı əvəz edib.
Qeyd edək ki, 37 yaşlı K.Alşevski 2019-cu ilin yanvar ayından BATE-nin gənclərdən ibarət komandasını çalışdırırdı. O, komanda ilə vaxtından əvvəl çempionluğu rəsmiləşdirmişdi.