“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sport24.ru xəbər verir ki, “atlılar” rusiyalı qolkiper Andrey Lunyevlə razılaşıb. 31 yaşlı qapıçı artıq Bakıdadır və tibbi müayinədən keçdikdən sonra klubla 2 illik müqavilə imzalayacaq.
Lunyev “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq.
Qolkiper karyerası ərzində “Torpedo”, “İstra”, “Ufa”, “Bayer” və “Zenit”də forma geyinib.
Axın.az