Gələn həftə futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Azərbaycan Futzal Federasiyasından “Report”a verilən məlumata görə, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 oyunçunu səfərə aparacaq.
Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç;
Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau