Belçika millisinin ulduzu Kevin De Bruyne Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Buna səbəb İngiltərənin “Mançester Siti” klubunun üzvünün zədələnməsidir. O, Premyer Liqanın I turunda “Bernli”ni səfərdə 0:3 hesabı ilə məğlub etdikləri matçda dizindən xəsarət alıb. Bu səbəbdən 32 yaşlı yarımmüdafiəçi 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib. De Bruynenin zədəsinin ciddi olduğu və bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Komandanın baş məşqçisi Pep Qvardiola futbolçusunun bir neçə həftə oynamayacağını deyib.