Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçı Gəncədə olacaq. Autsayderlər sırasında qərarlaşan “Kəpəz” avrokuboklara iddia edən “Zirə”ni qəbul edəcək. Paytaxt klubu hazırda 36 xalla dördüncü pillədə qərarlaşıb. Aktivində 20 xal olan “Kəpəz” 8-ci yerdədir.
Günün digər qarşılaşmasında “Sabah” “Sumqayıt”ı sınağa çəkəcək. Paytaxt təmsilçisi 56 xalla turnir cədvəlinin ikinci pilləsindədir, 21 xalı olan “kimyaçılar” 7-ci yerdə qərarlaşıb.
Turun digər oyunlarında martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq.