Yeni transferindən “Qarabağ”a pis xəbər: Derbini buraxacaq
İdman
27-02-2023, 14:46
“Qarabağ”ın bu qış heyətinə qatdığı Yassin Benzia futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı oynamayacaq. Yarımmüdafiəçi zədə səbəbindən sözügedən matçı buraxacaq.
Axın.az bildirir ki, Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Oxu.Az-a açıqlamasında bildirib ki, onun hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil:
“Benzianın “Neftçi”yə qarşı oynamayacağı dəqiqdir. Onun əzələsində problem yaranıb. Hansı müddətə sıradan çıxdığı təkrar müayinədən sonra bəlli olacaq”.
Azərbaycan derbisini “Qarabağ”ın digər zədəliləri – Şahruddin Məhəmmədəliyev, Marko Yankoviç və Abbas Hüseynov da buraxacaq. “Ağ-qaralar”ın heyətində isə Rəhman Hacıyev oynamayacaq.
Bu gün “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.