Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
“Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil edilən matç saat 14:30-da start götürüb.
Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. “Şamaxı”nın heyətində Amil Yunanov dubl edib. Qonaqların qolunu Aleksey Kaşuk vurub.
24 turdan sonra paytaxt təmsilçisi 53 xalla 2-cidir. “Şamaxı” isə bu qələbə ilə xalını 19-a çatdırıb. Sonuncu yerdən xilas olan “şirlər” turnir cədvəlində 7-ci pilləyə yüksəliblər.