UEFA Avropa Liqası: “Barselona” “Mançester Yunayted”lə qarşılaşacaq
İdman
16-02-2023, 10:00
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Axın.az xəbər verir ki, raundun ən diqqətçəkən cütlüyündə İspaniya “Barselona”sı ilə İngiltərə təmsilçisi “Mançester Yunayted” birincilərin meydanında üz-üzə gələcəklər.
Turnirin favoritləri sırasında göstərilən İtaliya klubu “Yuventus” Fransa “Nant”ını sınağa çəkəcək.