Dekabrda taekvondo üzrə Qran Prinin finalı keçiriləcəyi halda, iştirak edəcək idmançılarımızın adları bilinib.
Axın.az-ın xəbərinə görə, bunlar Fəridə Əzizova, Radik İsayev, Milad Beiqi və Cavad Ağayevdir.
Onlar hazırkı reytinqlə ilk “16-lıq”da yer alan idmançılarımızdır.
Qeyd edək ki, ötən il Qran Prinin finalı Meksikanın Kankun şəhərində keçirilməli olsa da, pandemiya səbəbindən ləğv olunub.
Onu da bildirək ki, bu yarışın keçirilməsi tarixi və təşkilatçı ölkə noyabrda müəyyənləşəcək.
Səbuhi Musayev