Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.
Axın.az xəbər verir ki, Ukrayna əsilli idmançımız dördqat Afrika mükafatçısı Sarra Hamdiyə (Tunis) vaxtından əvvəl qalib gəlib.
Görüşün bitməsinə üç dəqiqədən də çox vaxt qalsa da, 10:0-lıq qələbə onun yarımfinala vəsiqə qazanmasına səbəb olub.
Mariya Stadnik yarımfinalda yerli idmançı, ikiqat dünya çempionu Yui Susaki (Yaponiya) ilə qarşılaşacaq. Hər zaman finallarda yapon idmançılara yenilən Mariyanın bu dəfə sindromu qıracağı gözlənilir.
06:37
Stadnik Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Axın.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində üçqat Avropa çempionu Stalvira Orşuşla (Rusiya) üz-üzə gəlib.
Rəqibinə 11:7 hesabı ilə qalib gələn Mariya Stadnik adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə Sarra Hamdi (Tunis) ilə qarşılaşacaq.