Stadnik üç görüşə 33 xal toplayıb finala çıxdı

İdman
10 May 2021
15:15


Azərbaycanın qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində finala çıxıb.

Axın.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuça (Rumıniya) 12:2, Erin Qolstona (ABŞ) 10:0 və Mariya Tyumerekovanı (Rusiya) 11:1 hesabları ilə məğlub edərək finala yüksəlib. O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnikin rəqibi həmyerlisi, Ukrayna təmsilçisi Oksana Livaç olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bu yarışda bürünc medal qazanıb.