“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb.
Axın.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Uroş Matiçlə vidalaşıb.
Serbiyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən yay Ağdam klubu ilə 2+1 illik müqavilə imzalamış Uroş Premyer Liqada 19 oyunda 1 qol vurub.
Qeyd edək ki, Uroş Matiç İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır.