Millimizdəki karyerasını başa vurduğunu açıqlamış voleybolçu Polina Rəhimova yenidən yığmamızda çıxış edəcək.
Bu barədə Axın.az-a Azərbaycan Voleybol Federasiyasının prezidenti Faiq Qarayev məlumat verib.
“Millimiz Avropa çempionatında çıxış edəndə Polina Rəhimova da heyətdə olacaq. Onun milli karyerasını bitirməsindən söhbət gedə bilməz. Polinanı milliyə gətirəcəyəm”.
Qeyd edək ki, Polina Rəhimova ötən ilin yanvarında Azərbaycan millisindəki çıxışını başa vurduğunu açıqlayıb.
Səbuhi Musayev