AXİN.AZ "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu öz meneceri Yorge Mendeşə onun üçün yeni klub axtarmağı tapşırıb. Portuqaliyalı oyunçu komandanın Çempionlar Liqasının 1/8 finalında "Portu" səddini keçə bilməyib, turnirdə mübarizəni dayandırmasından sonra klubunu dəyişmək fikrinə düşüb.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən "Yuventus"da oynayır. O, bu mövsüm A seriyasında 25 qolla bombardirdir. Lakin Ronaldo son 3 matçda fərqlənə bilməyib.