"Liverpul”un hücumçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.
AXİN.AZ xəbər verir ki, ulduz futbolçu Misir millisinin Olimpiada üçün açıqlanacaq heyətinə cəlb olunub. Məşqçilər korpusu 29 yaşlı kapitanın Tokio-2020-də olimpiya millisinin heyətində yer almasını qərara alıb. O, Misir yığmasının yaşı 23-dən yuxarı olan 3 oyunçusundan biri olacaq.
Olimpiadada futbol oyunları 23 iyul – 8 avqust aralığında keçiriləcək. Misir yığması C qrupunda İspaniya, Argentina və Avstraliya ilə qarşılaşacaq.